Ana Sayfa > Siyasət / Manşet > Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB


16-10-2017, 15:07. Yazar: admin
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə təşkil edilmiş görüşünə gəlib.

Oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.



***

Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında növbəti görüş başlayıb.

Prezidentlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edirlər.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri iştirak edirlər.(azvision)

aia.az
Geri dön