Ana Sayfa > Gündəm > Aslan İsmayılova cinayət işi açıldı
Aslan İsmayılova cinayət işi açıldı16-10-2017, 14:24. Yazar: admin |
"Bu dəqiqələrdə Binəqədi rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb". Modern.az xəbər verir ki, hüquqşünas Aslan İsmayılov bu barədə özünün Facebook hesabından məlumat yayıb. O bildirib ki, bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacaq: “Haqqımda təxribat hazırlandığını, həbsimin planlaşdırıldığını çoxdan bilirdim və maksimum ehtiyatlı olmağa çalışırdım. Bütün xəbərdarlıqlara baxmayaraq, haqq işimdən dönməyəcəyimi də ən yüksək səlahiyyət sahiblərinə bildirmişdim". aia.az Geri dön |