Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Eldar Mamudova məxsus olan daha bir maşın salonu - Fotolar
Eldar Mamudova məxsus olan daha bir maşın salonu - Fotolar29-10-2015, 18:01. Yazar: admin |
Prezidentin vəzifəsindən kənarlaşdırdığı eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir bahalı obyekti üzə çıxıb Badamdar qəsəbəsi Qurd Qapısı dairəsinə yaxın ərazidə yerləşən “Avtombil Dünyası” adlı obyekt 2007-ci ildə fəaliyyətə başlayıb. Avtosalonda qiyməti 300 minə qədər olan avtomobillərin satışı təşkil olunmaqdadır. Maşın salonunun “Saba Crash”adı altında fəaliyyətə başlayıb. Bir müddət keçdikdən sonra isə “Crystal”, hazırda isə “Avtomobil Dünyası”dır. Salonun yerləşdiyi ərazidə olan Hafta.az-ın əməkdaşı obyektin işçilərindən biri ilə söhbət edib. “Jurnalist obyektin əməkdaşına sual ünvanlayaraq, avtosalonun Eldar Mahmudova məxsus olması haqda informasiyalara malik olduğunu bildirib. Adının açıqlanmasını istəməyən işçi qeyd edib ki, “Siz də, elə danışırsız ki... Badamdarda yaşayan balaca uşaq da bilir ki, bu avtosalonun sahibi kimdir”. Obyekt dünyanın ən məşhur maşın brendlərinin bahalı modelləri ilə zəngindir. Burada qiyməti 300 min azn-ə qədər olan maşınlara rast gəlmək mümkündür. “Mercedes”, “BMW”, “Mazda”, “Lexus”, “İnfiniti”, “Porsche”, “Hummer”, “Honda”, “Nissan” kimi avtomobillərin ən son modellərinə bu avtosalonda rast gəlmək olar. Obyekt təkcə avtomobil satışı ilə kifayətlənmir. Belə ki, onun alt mərtəbəsində bahalı içki brendlərinin topdan satış mərkəzi olan "Caspian Crystal" dükanı da fəaliyyət göstərir. Qeyd edək ki, bir müddət öncə mətbuatda Eldar Mahmudova məxsus olan bahalı içki brend dükanları haqda məlumatlar dərc olunub və bildirilib ki, eks-nazirin Bakının bir çox yerlərində “Crystal” adı altında dükanlarə fəaliyyət göstərir”.(Hafta.az) Geri dön |