Ana Sayfa > Dünya > Coli və Pittin ailəsində qalmaqal bitmir

Coli və Pittin ailəsində qalmaqal bitmir


14-10-2017, 17:20. Yazar: admin
Coli və Pittin ailəsində qalmaqal bitmir


Hollivud ulduzu Ancelina Coli və Bred Pittin ailəsi ilə bağlı yeni qalmaqal ortaya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, ayrılan cütlüyün övladlığa götürdüyü 16 yaşlı Medoks və 13 yaşlı Paks yola getmir. Onlar tez-tez dalaşır, mübahisə edirlər.

Bu davalar Colini çox pis edir. Oğlanlar bir-birinə nifrət edir. Mənbənin dediyinə görə, Ancelina övladlarının arasında qalıb.

"Bütün bacı-qardaşlar evdə dava edir. Coli isə mehriban ab-hava yaratmağa çalışır. Mübahisə isə hər gün daha da böyüyür. Medoks valideynlərinin onu daha çox istədiyini deyir. Tez-tez evdə qanunlar qoyur. Onun qadağaları Paksı özündən çıxarır" deyə, mənbə açıqlamasında bildirib.


aia.az
Geri dön