Ana Sayfa > Dünya > Fatma Girik sərvətini açıqladı

Fatma Girik sərvətini açıqladı


14-10-2017, 17:18. Yazar: admin
Fatma Girik sərvətini açıqladı


Türkiyəli aktrisa Fatma Girik sərvətini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, Bodrumda yaşayan aktrisa "Posta"ya müsahibə verib. Fatma deyib ki, böyük var-dövləti yoxdur:

"Evim orta səviyyədədir. 20 il əvvəl aldığım bir üzüyüm və sırğam var. Bir də maşınım var. 17 pişik və 5 it saxlayıram. Evim 600 kvadratmetrdir. Çox xoşbəxtəm".

Girik üçmərtəbəli dəniz mənzərəli evində anası və itləriylə qalır.

"Çoxlu film təklifləri alıram. Filmə ya pul, ya da izlənməsi üçün çəkilərlər. Heç kimin baxmayacağı filmə çəkilmərəm. Əgər buna heç özüm belə baxmayacağamsa, niyə rol alım?" deyə, aktrisa əlavə edib.

aia.az
Geri dön