Ana Sayfa > Gündəm / Manşet > Bolqarıstan prezidentinin Azərbaycana səfəri başa çatdı

Bolqarıstan prezidentinin Azərbaycana səfəri başa çatdı


14-10-2017, 13:08. Yazar: admin
Bolqarıstan prezidentinin Azərbaycana səfəri başa çatdı


Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 14-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

aia.az
Geri dön