Ana Sayfa > Dünya > "Maşın"dan gedən Arif Quliyev: "Həkimlər yanımdadır"
"Maşın"dan gedən Arif Quliyev: "Həkimlər yanımdadır"13-10-2017, 19:16. Yazar: admin |
Xəbər verdiyimiz kimi, xalq artisti Arif Quliyev ötən gün səhhəti pisləşdiyi üçün "Maşın" realiti-şousundan uzaqlaşıb. aia.az xəbər verir ki, axşam.az-a açıqlama verən aktyor bildirib ki, hazırda həkim nəzarətindədir və özünü yaxşı hiss edir: "İndi yanımda həkimlər oturub, iynə vurdular. Hər şey yaxşıdır. Problem təzyiqimin qalxması idi. Həkimlər 220 təzyiqi 170-ə endirə biliblər. Çox istəyərdim ki, şouda axıra kimi qalım və avtomobili qazanım. Alınmadı. Amma getməyimə peşman da deyiləm". Geri dön |