Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Turkish Airlines terror aktından qorxan 18 sərnişini reysdən çıxardı
Turkish Airlines terror aktından qorxan 18 sərnişini reysdən çıxardı29-10-2015, 15:47. Yazar: admin |
Polislər təyyarəni bir neçə saat ərzində yoxlayıblar. Turkish Airlines aviaşirkəti İstanbul-Rostov-na-Donu reysi ilə uçan 18 sərnişini öz şübhəli yol yoldaşlarından qorxduqları üçün reysdən çıxarmalı olub, DonNews məlumat yayıb. Aia.az lenta.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində avialaynerin uçuşu bir neçə saat təxirə salınıb. Reysin sərnişinlərindən biri Olqa Zatonskaya bildirib ki, səyahətçilər avtobus ilə təyyarəyə yaxınlaşdıqda laynerdə artıq üç qaradərili sərnişin - iki kişi və bir hicablı qız olub. Onlar təyyarəni tələsik tərk ediblər. Qalan turistlər yerlərini tutduqdan sonra, təyyarədə artıq çamadanın olmasını bilmək istəyən styuard, onlardan uca səslə əl baqajlarını yoxlamağı xahiş edib. “Baqaj yeşiklərinin yoxlanmasından sonra sərnişinlər nə baş verdiyini anladılar. Təyyarədən qaçaraq düşən bu insanların kim olduğunu və ümumiyyətlə, onların bizdən öncə təyyarəyə necə gəldiklərini soruşmağa başladıq. Sərnişinlər narahat olmağa başladılar, axı bu yaxınlarda Türkiyədə terror aktı baş verib”, - Zatonskaya izah edib. Bundan başqa, sərnişinlər heyətə laynerin yoxlanması üçün polis çağırmağı təklif etsələr də etiraz cavabı alıblar. Turkish Airlines-in əməkdaşları bəyan ediblər ki, təyyarəni tərk edən müştərilər geri qayıda bilməzlər. “Uzun sürən danışıqlardan sonra sərnişinlərdən ibarət təşəbbüs qrupu, təyyarəyə aeroportun təhlükəsizlik xidmətinin qalxa biləcəyi trapın gətirilməsinə nail olub”, - Zatonskaya dəqiqləşdirib. Rusiyalı xanımın sözlərinə görə, bundan sonra insanlar layneri tərk edib. Polislər təyyarəni bir neçə saat ərzində yoxlayıblar, yoxlamdan sonra turistləri təyyarəyə buraxıblar. Bununla yanaşı, təşəbbüs qrupuna daxil olan 18 sərnişinin təyyarəyə qayıtmasına etiraz ediblər və onlar İstanbul aeroportunda qalıblar. Geri dön |