Ana Sayfa > Təhsil / Manşet > Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR


12-10-2017, 11:48. Yazar: admin
Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR



Ali məktəblərin bakalavr, magistratura, doktorantura pillələrinin tələbələrinə müvafiq kreditlərin verilməsi üçün “Təhsil haqqında” qanuna dəyişikliklər ediləcək.

Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsində kredit verənlərin hüquqları, sponsorların əldə edəcəyi üstünlüklər, kredit alanın məsuliyyəti və vəzifələri əksini tapacaq.

“Artıq parlamentin Elm və təhsil komitəsinə təhsil haqlarını ödəyə bilməyən tələbələrlə bağlı qanunun hazırlanması üçün Təhsil Nazirliyindən, Gənclər və İdman Nazirliyindən, Milli Məclisin Gənclər və idman komitəsindən müraciətlər daxil olub. Hazırda bu istiqamətdə işlər aparılır. Hətta ola bilər ki, bununla bağlı yeni qanun layihəsi də hazırlansın. Hesab edirəm ki, “Təhsil haqqında” qanuna ediləcək dəyişiklikləri bu ilin sonuna qədər parlamentin iclasına çıxaracağıq”.

aia.az
Geri dön