Ana Sayfa > Siyasət > "Avropa Şurası belə qərəzli sənədlərlə heç nəyə nail ola bilməyəcək"
"Avropa Şurası belə qərəzli sənədlərlə heç nəyə nail ola bilməyəcək"12-10-2017, 11:42. Yazar: admin |
Azərbaycanın müstəqil siyasət yürütməsi, ancaq öz milli maraqlarını öndə tutması antiazərbaycan şəbəkəni, o cümlədən bir sıra dövlətləri, qrupları qane etmir. aia.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib. B.Sadıqov bildirib ki, bu gün Avropa Şurasının Parlament Assambleyasında (AŞ PA) Azərbaycanla bağlı qəbul edilən sənədlər də məhz ölkəmizin müstəqil siyasət aparmasını istəməyən qüvvələrin əməlidir. Deputatın sözlərinə görə, bu cür sənədlərin qəbul edilməsinin digər səbəbi də həmin qüvvələrin Azərbaycana başqa üsulla təsir və təzyiq edə bilməməsidir: "Avropa Şurasına üzv olduğumuz dövrdə bu qurum bizə hansı problemlərimizin həllində kömək göstərib? Onlar ancaq Azərbaycandan tələb ediblər. Artıq tövsiyyəsi də əmr formasına keçir”. Deputat deyib ki, AŞ PA belə sənədlərlə heç nəyə nail ola bilməyəcək: "Azərbaycan müstəqil dövlətdir, öz yolu ilə gedir. Bu cür qərəzli sənədlər qəbul edib ölkəmizə təzyiq göstərmək mümkün deyil". Qeyd edək ki, oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında "Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr qəbul edilib. aia.az Geri dön |