Ana Sayfa > Gündəm > Kataloniyanın müstəqilliyi ilə bağlı müəmmalı vəziyyət
Kataloniyanın müstəqilliyi ilə bağlı müəmmalı vəziyyət11-10-2017, 18:24. Yazar: admin |
İspaniya hökuməti Kataloniya rəhbərliyinə muxtar vilayətin müstəqillik elan edib-etməməsi barədə sual ünvanlayıb. AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Mariano Rahoy “Hökumət Kataloniya rəhbərliyindən müstəqilliyi elan edib-etməmələrinə dair izahat tələb edib”, - deyə bəyan edib. O, qeyd edib ki, bu tələb ölkə Konstitusiyasının 155-ci maddəsini işə salmaq üçün lazımdır: “Bununla da biz vətəndaşlara əminlik vermək istəyirik. Vilayət rəhbərliyinin cavabı yaxın günlərdə hökumətin hansı addımlar atacağını müəyyənləşdirəcək”. Qeyd edək ki, İspaniya Konstitusiyasının 155-ci maddəsi Kataloniyanı muxtar statusunu ləğv etməyə imkan verir. aia.az Geri dön |