Ana Sayfa > Siyasət / Manşet > MDB-yə sədrlik Tacikistana keçdi, 18 sənəd imzalandı
MDB-yə sədrlik Tacikistana keçdi, 18 sənəd imzalandı11-10-2017, 17:58. Yazar: admin |
Rusiya Federasiyasının Soçi şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib. aia.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasda 2018-ci il üçün MDB-yə sədrliyin Tacikistan Respublikasına keçməsi barədə qərar qəbul olunub. Türkmənistan və Rusiya isə MDB-nin həmsədr ölkələri olub. Geniş tərkibdə görüşdə isə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon və MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib. Sonda MDB liderləri tərəfindən 18 sənəd imzalanıb. aia.az Geri dön |