Ana Sayfa > Siyasət / Manşet > Oqtay Əsədov: “Azərbaycanla Belarus arasında aviareyslərin sayı artırılmalıdır”

Oqtay Əsədov: “Azərbaycanla Belarus arasında aviareyslərin sayı artırılmalıdır”


11-10-2017, 17:14. Yazar: admin
Oqtay Əsədov: “Azərbaycanla Belarus arasında aviareyslərin sayı artırılmalıdır”


“Azərbaycanda və Belarusda turizmin inkişafı üçün iki ölkə arasında aviareyslərin sayı artırılmalıdır və bu məsələ Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə görüş zamanı müzakirə edilib”.

Modern.az-ın məlumatına görə, bunu Minskdə səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov Belarus Respublika Şurasının sədri Mixail Myasnikoviçlə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Azərbaycanda turizm sahəsi inkişaf edib və bu sahədə Belarusla da birgə layihələr həyata keçirilə bilər.

Spiker qeyd edib ki, regional parlament qurumlarının yaradılması məsələsi də görüşdə müzakirə edilən əsas mövzulardan biri olub: "Bu format region ölkələrinin birgə fəaliyyətinə yeni təkanlar verə bilər".

aia.az
Geri dön