Ana Sayfa > Qərbi Azərbaycan / Seçilənlər-4 / Manşet > “ElMed” Tibb Mərkəzi – peşəkar xidmətin ünvanı - FOTOLAR
“ElMed” Tibb Mərkəzi – peşəkar xidmətin ünvanı - FOTOLAR11-10-2017, 16:10. Yazar: admin |
“Gözəl xəstəxanadı. Mən də orada müalicə olunmuşam. Xəstəxananın gözlliyi bir yana, həkimlərin savadlı müayinəsindən çox xoşum gəldi. Orada bir terapevt həkim vardı, məni o müalicə edirdi. Çox da gözəl nəticəsi oldu. Adını da ona görə çəkmirəm ki, digər həkimlərlə ayrı-seçkilik olmasın. Oradakı həkimlərin hamısına halaldı. Allah köməkləri olsun, çox savadlı həkimlərdi...” Bu sözləri Rəşad Əmirov adlı istifadəçi “ElMed” Tibb Mərkəzinin facebook səhifəsində, şərhlər bölməsində yazıb. Dünənki sayımızda biz artıq bu səhiyyə ocağının fəaliyyəti barədə bir yazı dərc etmişdik. Lakin redaksiyamıza daxil olan oxucu müraciətləri bizi həmin mövzuda söhbətimizi davam etməyə həvəsləndirdi. Bu gün “ElMed” Tibb Mərkəzinə vətəndaşları müraciət etməyə vadar edən səbəblər çox müxtəlifdir. Məsələn, bu problemlərdən biri böyrək xəstəlikləri ilə bağlıdır. Böyrək xəstəliklərinin simptomları bir çox digər xəstəliklərin sismptomlarına bənzəyir və bu səbəbdən bəzi hallarda xəstə uzun müddət ərzində tamam başqa xəstəliklərdən (ürək xəstəlikləri, onurğa xəstəlikləri) müalicə olunur və yalnız müalicə uğursuz olduqda, nəhayət ki, lazım olan mütəxəssisin müayinəsinə düşür. Bu kimi hallarla qarşılaşmamaq üçün də “ElMed” Tibb Mərkəzinin həkimlərinin bəzi tövsiyyələrini sizin də diqqətinizə çatdırmaq istəyirik. Beləliklə, “ElMed” TM-nin yüksək ixtisaslı həkimləri ilk növbədə aşağıdakı əlamətlərə diqqət etməyi məsləhət görürlər: - Ödemlər. Bu simptom həmçinin ürək xəstəlikləri üçün də xasdır. Lakin burada müəyyən fəqlər var. Böyrək xəstəlikləri nəticəsində əmələ gələn ödemlər bir çox hallarda üzdə, gözlərin altında, göz qapaqlarında olur. Həmçinin ödemlər əllərdə, beldə, cinsiyyət orqanları nahiyəsində müşahidə oluna bilər. Ürək xəstəlikləri ilə bağlı olan ödemlər isə əsasən ayaqlarda əmələ gəlir. Digər fərq - böyrək xəstəlikləri ilə bağlı ödemlər səhər saatlarında, ürək xəstəlikləri ilə bağlı ödemlər axşam əmələ gəlir. - Ağrılar. Böyrək xəstəlikləri zamanı xəstədə bel nahiyəsində ağrılar olur. Ağrılar tutmaşəkilli, güclü (böyrək daşı xəstəliyi zamanı), sızıldayan və ya sıxıcı, bir və ya ikitərəfli ola bilər. Ağrı xəstəni daim və ya vaxtaşırı narahat edə bilər. Nəzərinizə çatdıraq ki, bel nahiyəsində olan istənilən ağrılar hər hansı böyrək xəstəliklərinin əlaməti ola bilər. - Arterial təzyiqinin artması. Böyrək xəstəlikləri zamanı arterial təzyiqinin artması tez-tez müşahidə olunur. Xəstələr bunu hipertoniya xəstəliyi ilə əlaqələndirir və hipertoniyadan müalicə olunurlar. Lakin hipertoniyanın standart müalicəsi böyrəklər patologiyaları zamanı lazım olan effekt vermir. - Sidik ifrazının pozulmaları. Bütün sidik ifrazı pozulmaları böyrək xəstəliklərinə işarə edə bilər. - Səbəbsiz halsızlıq, yorğunluq, baş ağrıları, hərarətin səbəbsiz qalxması da böyrək xəstəliklərinin əlaməti ola bilər. Burada bir məqama xüsusi ilə diqqət yetirmək lazımdır ki, heç bir halda müşahidə olunan simtomların xüsusiyyətlərinə əsaslanaraq özünümüalicə ilə məşğul olmaq olmaz. Təəssüflər olsun ki, hətta müasir dövrümüzdə, tibbi maarifləndirmənin kifayət qədər əhatəli və yüksək səviyyədə təşkil olunduğu zamanda belə bu kimi hallara rast gəlinir. Unutmaq lazım deyil ki, özünü müalicə bir çox təhlükəli fəsadlara aparıb-çıxara biləcək ən qısa yollardan biridir. Odur ki, özünüzdə yuxarıda sadaladığımız əlamətləri hiss etdiyinizdə, dərhal peşəkar həkimə müraciət edin. Biz isə, öz növbəmizdə, belə hallarla rastlaşan zaman sizə bilavasitə “ElMed” Tibb Mərkəzinə yollanmağı tövsiyyə edirik. Əmin ola bilərsiniz ki, bu səhiyyə ocağının yüksək ixtisaslı nefroloqları (böyrək xəstəlikləri üzrə mütəxəssis) sizi hərtərəfli müayinə edəcək və tələb olunarsa ən effektiv müalicə kursunu təyin edəcəklər. aia.az Geri dön |