Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > İmişlidə ağır yol qəzası: Ölən və yaralanan var

İmişlidə ağır yol qəzası: Ölən və yaralanan var


29-10-2015, 13:18. Yazar: admin
İmişlidə ağır yol qəzası: Ölən və yaralanan var
İmişlidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bəhramtəpə qəsəbəsində qeydə alınıb.

Belə ki, "Prado" markalı avtomobil hərəkətdə olarkən motosikllə toqquşub. Nəticədə motosiklin sürücüsü dünyasını dəyişib, sərnişini - rayonun Məzrəli kənd sakini, 1972-ci il təvəllüdlü Vasif Musa oğlu Qasımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Geri dön