Ana Sayfa > Gündəm / Qərbi Azərbaycan > Rəşid Mahmudovun adından saxta dərman biznesinin reklamında istifadə olunur - "MİLLƏT VƏKİLLƏRİ DURMADAN MƏNƏ ZƏNG EDİRLƏR Kİ..."
Rəşid Mahmudovun adından saxta dərman biznesinin reklamında istifadə olunur - "MİLLƏT VƏKİLLƏRİ DURMADAN MƏNƏ ZƏNG EDİRLƏR Kİ..."10-10-2017, 12:41. Yazar: Sevinc |
Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov onun adından saxta dərman biznesinin reklamında istifadə edikləri üçün Səhiyyə Nazirliyinə şikayət edib. Gununsesi.info-ya bu haqda məlumat verən R.Mahmudov bildirib ki, işbazlar təkcə onun deyil, Səhiyyə Nazirliyinin də adından yararlanıblar: “Adımdan Rusiya istehsalı olan oynaq ağrılarında istifadə edilən məlhəmin reklamında istifadə ediblər. Leyla Orucova adlı şəxs adımdan yazdıqları 4 səhifəlik rəydə bildirib ki, Səhiyyə Nazirliyi də guya bu məlhəm haqqında müsbət rəy verib. Mənə bu haqda heç bir şirkət müraciət etməyib. Adımdan yazıblar. Hətta tibb elmlər doktoru olduğum halda, məni professor kimi təqdim ediblər. Mən də bundan xəbər tutanda Səhiyyə Nazirliyinin mətbuat xidmətinə müraciət etdim. Dedim ki, bu işbazlar nazirliyin adından da istifadə ediblər, bu haqda tədbir görün. Guya nazirliyin də müsbət rəy verdiyi bu məlhəm maral buynuzundan hazırlanıb. Bəla burasındadır ki, tanınmış adamlar, millət vəkilləri durmadan mənə zəng edirlər ki, haqqında rəy verdiyiniz o məlhəmdən hardan ala bilərik”. R.Mahmudov qeyd edib ki, işbazların əməllərindən şikayətçidir. aia.az Geri dön |