Ana Sayfa > Gündəm > “Azəravtoyol": “Yolların təmiri başlayanda aidiyyəti qurumlara da müraciət olunur”

“Azəravtoyol": “Yolların təmiri başlayanda aidiyyəti qurumlara da müraciət olunur”


9-10-2017, 16:47. Yazar: admin
“Azəravtoyol": “Yolların təmiri başlayanda aidiyyəti qurumlara da müraciət olunur”


Son günlər istər sosial şəbəkələrdə, istəsə də bəzi xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyəti qurumlarla (yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar) koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə məlumatlar yayılır.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələylə bağlı bildirib ki, yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmazdan öncə yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur:
“Əgər işlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa bu işlər aparılır. Əgər sözügedən qurumlar orda hər-hansı bir işin aparılmasının zərurəti olmadığı barədə “Azəravtoyol” ASC-ə məlumat verirlərsə, o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır”.

A.Nəcəflinin sözlərinə görə, istənilən halda əgər təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər-hansı bir problem yaşanırsa, bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür.

aia.az
Geri dön