Ana Sayfa > Cəmiyyət / Karusel > Direktor 14 yaşlı məktəblinin bıçaqlanmasından danışdı: - “Hadisə küçədə...

Direktor 14 yaşlı məktəblinin bıçaqlanmasından danışdı: - “Hadisə küçədə...


9-10-2017, 13:50. Yazar: Sevinc
Direktor 14 yaşlı məktəblinin bıçaqlanmasından danışdı: - “Hadisə küçədə...




Göygöl rayonunun 3 saylı orta məktəbi bıçaqlanma hadisəsinə münasibət açıqlayıb.

Məktəbin direktoru Rüxsarə Atayeva AzNews.az-a açıqlamasında rəhbərlik etdiyi təhsil müəssisəsində belə bir hadisənin baş vermədiyini deyib:

“Hadisə küçədə baş verib. Məktəblər bir-birinə bitişikdir. Həsənov Mehman bizim məktəbdə təhsil almır. Hadisədən məlumatlı olsaq da, nəyin üstündə baş verdiyini dəqiqləşdirməmişik”.

Qeyd edək ki, Göygöldə bıçaqlanma hadisəsi baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Həsənov Mehman Vüqar oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

aia.az
Geri dön