Ana Sayfa > Siyasət / Aia TV / Karusel > Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib

Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib


28-10-2015, 19:07. Yazar: admin
Prezident İlham Əliyev Əhməd Davudoğlunu təbrik edib
Prezident İlham Əliyev Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğluna Türkiyənin milli bayramı – Respublika günü münasibətilə təbrik məktubu göndərib

Aia.az -ın AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

Hörmətli cənab Baş nazir,

Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Tarixin bütün sınaqlarından çıxmış birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir.

İnanıram ki, ölkələrimiz arasındakı birlik və möhkəm tərəfdaşlıq münasibətləri qarşıya qoyduğumuz məqsədlərə çatmağımızda, irimiqyaslı iqtisadi layihələrin reallaşmasında, beynəlxalq mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayacaqdır.
Sizə ən xoş arzularımı yetirir, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Geri dön