Ana Sayfa > Parlament > Ötən gün 6 qəza olub - 3 ölü, 12 yaralı
Ötən gün 6 qəza olub - 3 ölü, 12 yaralı7-10-2017, 18:02. Yazar: admin |
![]() Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 100 cinayət faktından 14-nün üstü "isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, 12 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli iki fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər tutulub. aia.az Geri dön |