Ana Sayfa > Siyasət / Karusel > Mitinq başa çatmamış "Məhsul"u tərk etdilər - YENİLƏNİB

Mitinq başa çatmamış "Məhsul"u tərk etdilər - YENİLƏNİB


7-10-2017, 16:43. Yazar: admin
Mitinq başa çatmamış "Məhsul"u tərk etdilər - YENİLƏNİB


Milli Şuranın bugünkü mitinqi əvvəlkilərdən heç nə ilə fərqlənmir. Əksinə bu dəfə daha az adam "Məhsul" stadionuna gəlib. Əli Kərimli və digərlərinin etdiyi çıxışlar yenə oxşar və şablon fikirlər üzərində qurulub.

Əməkdaşımız xəbər verir ki, mitinqə gələnlər arasında dindarlar üstünlük təşkil edir. Aksiyasının başa çatmasına yarım saatdan çox vaxt qalsa da, insanlar kütləvi şəkildə "Məhsul" stadionunu tərk edirlər.


***

Müxalifətin radikal qolu olan Milli Şuranın bu günə təyin etdiyi mitinq başlayıb.

AzVision.az xəbər verir ki, mitinq Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul" stadionunda keçirilir. Stadiona çox az sayda adam toplaşıb. Aksiyanın təhlükəsizliyi Bakı polisi tərəfindən təmin olunur.

Əməkdaşımızın bildirdiyinə görə, budəfəki mitinqə gələnlərin sayı 23 sentyabrda baş tutan nümayişə qatılanlardan qat-qat azdır. Maraqlıdır ki, müxalif KİV-lər də mitinqə bir o qədər maraq göstərmir.Milli Şura dəstəkçiləri say azlığına görə mitinqi canlı yayımlamırlar.

Ümumiyyətlə, müxalifət partiyaları Milli Şuranın keçirdiyi bütün mitinqləri boykot edib.


aia.az
Geri dön