Ana Sayfa > Siyasət / Manşet > Prezidentlər danışıqları bərpa etməyə hazırdırlar - Bəyanat
Prezidentlər danışıqları bərpa etməyə hazırdırlar - Bəyanat7-10-2017, 16:22. Yazar: admin |
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, Rusiyadan olan həmsədri İqor Popov, ABŞ-dan olan yeni həmsədr Endrü Şofer regiona səfərinin yükunlarına dair bəyanat yayıblar. aia.az-ın məlumatına görə, bəyanatda deyilir ki, həmsədrlər oktyabrın 6-da İrəvanda prezident Serj Sarkisyan, 7-də isə Bakıda prezident İlham Əliyevlə görüşlər keçiriblər: Qeyd olunub ki, hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduqlarını təsdiq ediblər: "Tərəflər prezidentlərin qarşıdakı görüşü barədə yaxın gələcəkdə məlumat verəcəklər”, - vasitəçilərin bəyanatında deyilir. Görüşlərdə həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib. aia.az Geri dön |