Ana Sayfa > Parlament / Karusel > Bakıda uşağa 5 it hücum etdi - Şoka düşüb...
Bakıda uşağa 5 it hücum etdi - Şoka düşüb...5-10-2017, 16:27. Yazar: Sevinc |
Xətai rayonunda Zərifə Əliyeva parkında 7 yaşlı qıza 5 it hücum edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, iki qızı ilə parka gələn ana 3 yaşlı balaca qızını gəzdirərkən böyük qızı Safiya Mirzəyeva ağacların arasında oynayırmış. Bu zaman parkda gəzişən 5 it Safiyanın üzərinə hücum edib və onun sağ yanını dişləyib. Yaralı olan azyaşlı xəstəxanaya aparılıb. 4 saylı uşaq poliklinikasından “Qafqazinfo”ya bildiriblər ki, uşağın vəziyyəti normaldır, sadəcə çox qorxduğu üçün şok vəziyyətindədir. S.Mirzəyevaya tibbi yardım göstərildikdən sonra quduzluqla bağlı müayinə edilməsi üçün 9 nömrəli poliklinikaya göndərilib. İt dişləyən S.Mirzəyeva 63 saylı orta məktəbin şagirdidir. Murad Əhməd Geri dön |