Ana Sayfa > Gündəm / Seçilənlər-6 / Aia TV > Deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşü davam edir
Deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşü davam edir27-10-2015, 19:24. Yazar: admin |
Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax Seçki Dairəsindən namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir. Deputatlığa namizəd Qax rayonun Qaxingiloy, Qaşqaçay və Aşağı Malax kəndlərində keçirilən görüşdə seçicilər Azər Kərimlinin ötən 5 il ərzində kəndin və seçicilərin problemlərinə diqqətlə, həssaslıqla yanaşdığını, millət vəkili kimi verdiyi sözə əməl etdiyini, seçicilərin etimadını doğrultduğunu bildirdilər. Seçicilər bu səbəbdən də noyabrın 1-də ona səs verəcəklərini qeyd ediblər. Qaxingiloy, Qaşqaçay və Aşağı Malax kəndlərinin sakinləri əsas problemlərinin təbii qazla bağlı olduqlarını deyiblər və bu məsələnin müvafiq qurumlar qarşısında qaldırılmasını istəyiblər. Deputatlığa namizəd daha öncə olduğu kimi bundan sonra da seçicilərin problemlərinə diqqətlə yanaşacağını, səlahiyyətləri çərçivəsində bu problemlərin həllinə nail olmağa çalışacağını bildirib. Azər Kərimli Qaxingiloy, Qaşqaçay və Aşağı Malax kəndlərinin ciddi turizm potensialına malik olduğunu və bu potensialın təbliği üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini söyləyib. Görüşlərdə Azər Kərimlinin son 5 il ərzində gördüyü işlər, o cümlədən Qax rayonun turizm potensialının təbliğilə bağlı həyata keçirdiyi fəaliyyət slaydlar vasitəsilə nümayiş etdirilib. Azər Kərimli, eyni zamanda Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Azərbaycan-İtaliya Assosiasiyasının sədri kimi gördüyü işlər barədə seçicilərə ətraflı məlumat verib. Azər Kərimli Qaxda keçirilən beynəlxalq multikulturalizm konfransının, Qax rayonunun və bütövlükdə Azərbaycanın tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edən "Qax Kürmük Oba bayramı" filminin ölkədən kənarda yaratdığı təəssüratdan, Qax rayonu ilə İtaliyanın Bormio şəhərinin qardaşlaşmasilə bağlı imzalanan protokolun əhəmiyyətindən, Azərbaycan-İtaliya Assosiasiyasının təsis etdiyi "Via della Seta" (İpək yolu) jurnalından söhbət açıb. Geri dön |