Ana Sayfa > Gündəm / Karusel > FHN-dən Şamaxıda xilas edilmiş ruslarla bağlı yeni MƏLUMAT

FHN-dən Şamaxıda xilas edilmiş ruslarla bağlı yeni MƏLUMAT


4-10-2017, 12:15. Yazar: admin
FHN-dən Şamaxıda xilas edilmiş ruslarla bağlı yeni MƏLUMAT



Fövqəladə Hallar Nazirliyi (FHN) dünən Şamaxıda köməksiz vəziyyətdə qamış əcnəbilərin xilas edildiyi barədə yeni məlumat yayıb.

AİA.az-ın xəbərinə görə, FHN-in məlumatında deyilir:

"3 oktyabr 2017-ci il tarixində Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında 2 nəfər Rusiya Federasiyası vətəndaşının çətin keçilən dağlıq ərazidə qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən əməliyyat şəraiti öyrənilmiş, əməliyyat məlumatlarının və xilasetmə qüvvələrinin çevik idarə edilməsi həyata keçirilmiş, Mülki müdafiə qoşunlarının canlı qüvvəsi və texnikası və Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunmuşdur. Axtarış-xilasetmə əməliyyatı nəticəsində turistlərin yeri müəyyən edilmiş, onların olduğu "Nissan" markalı avtomobil yedəyə alınaraq Şamaxı şəhərinə gətirilmişdir. Bundan başqa, həmin ərazidə "UAZ" markalı avtomobillə yolda qalmış 3 nəfər yerli sakinə də müvafiq köməklik göstərilmişdir. Əməliyyat 3 oktyabr 2017-ci il tarixində saat 19:10-da başa çatıb”.

AİA.az
Geri dön