Ana Sayfa > Gündəm / Manşet > Qubada qarın yağması dayanmır

Qubada qarın yağması dayanmır


4-10-2017, 11:27. Yazar: admin
Qubada qarın yağması dayanmır


Quabada qarlı hava şəraiti davam edir. Bu barədə Quba rayonunun icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov məlumat verib.
O qeyd edib ki, hazırda rayonda yağan qarın hansısa fəsad törətmə ehtimalı yoxdur:

"Bu payız qarıdır. Hələ ki ciddi problem yaratmayıb. Rayonda qaz, işıq, su problemi yoxdur. Nəqliyyatın hərəkəti üçün də maneə yaranmayıb”.
Y.Abidov gecə saatlarında yağıntının intensivləşdiyini bildirib:
"Əsasən dağlıq ərazilərdə, Xınalıqda temperatur aşağıdır, qar nisbətən çoxdur. Bu da ərazinin dağlıq olması ilə bağlıdır”.(modern.az)

AİA.az
Geri dön