Ana Sayfa > Gündəm / Manşet > “Reket jurnalistlərə” qarşı mübarizə GÜCLƏNDİRİLİR
“Reket jurnalistlərə” qarşı mübarizə GÜCLƏNDİRİLİR3-10-2017, 17:48. Yazar: admin |
Baş Prokurorluq bəzi saytlara bir neçə dəfə xəbərdarıqlar edib. Həmin saytlarla bağlı Mətbuat Şurası hansı addımları atır? Məsələ ilə bağlı Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, Mətbuat Şurası Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının fəaliyyətini genişləndirib. "Məbuat Şurasının üzvləri, ayrı-ayrı KİV-in əməkdaşları həmin komissiyanın işində iştirak edirlər. Artıq Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri iclaslarda iştirak edəcəklər. Bundan sonra bu kimi məsələləri daha geniş müstəvidə müzakirə edəcəyik. Ola bilsin ki, bəzi məsələlərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilsin”. Ə. Amaşov qeyd edib ki, artıq ayrı-ayrı əlaqədar qurumlar da öz nümayəndələrini Komissiyaya təhkim ediblər. "Yaxın vaxtlarda Reketçiliyə qarşı Mübarizə Komissiyasının iclası keçiriləcək”.(modern.az) AİA.az Geri dön |