Ana Sayfa > Gündəm / Karusel > “YAP heç kimə mənzil hədiyyə etməyib” - Açıqlama

“YAP heç kimə mənzil hədiyyə etməyib” - Açıqlama


3-10-2017, 17:43. Yazar: admin
“YAP heç kimə mənzil hədiyyə etməyib” - Açıqlama



Hakim Yeni Azərbaycan Partiyası tərəfində partiya üzvlərinə mənzil hədiyyə edilməyib.

AİA.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyin Paşayev bildirib.
"Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin, rayon təşkilatlarının əməkdaşları, gənclər, qadınlar şurasının üzvləri üçün kooperativ bina tikilir. Yəni, burada kimlər üçünsə mənzil tikilib, hədiyyə verilməyib. Ödənişli əsaslarla alınmış mənzillərdir”.

H.Paşayev qeyd edib ki, binanın bünövrəsi qoyulandan kimin tələbatı varsa, könüllü şəkildə ilkin ödənişlərlə həmin şirkətlə müqavilə bağlayıb: "Həmin binada artıq bütün mənzillərin sahibləri bəllidir. Bina Jurnalistlərin Binasının 300 metrliyində yerləşir”.
Geri dön