Ana Sayfa > Gündəm > Fəzail Ağamalının oğlu maşınla adam vurub? – Açıqlama
Fəzail Ağamalının oğlu maşınla adam vurub? – Açıqlama3-10-2017, 17:38. Yazar: admin |
Ana Vətən Partiyasının (AVP) mətbuat xidməti partiyanın sədri, millət vəkili Fəzail Ağamalının oğlu Yalçın Ağamalının maşınla adam vurması haqda yayılan məlumatlara aydınlıq gətirib. Partiyanın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Adalet.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir, Yalçın Ağamalı hazırda Türkiyədədir. "Yalçın Ağamalı Azərbaycanda olmaya-olmaya necə qəza törədə bilər? O, 15 gündür ki, Türkiyədədir. Bundan başqa Yalçın Ağamalının 36 yox, 44 yaşı var. Onun "Jeep” yox, "Hundai” markalı avtomobili var”. Qeyd edək ki, bu gün yerliKİV-də yayılan məlumata görə, deputatın oğlu Yalçın Ağamalı "Jeep” markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub. AİA.az Geri dön |