Ana Sayfa > Siyasət > XİN Las-Veqasdakı atışmada Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır

XİN Las-Veqasdakı atışmada Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır


2-10-2017, 19:12. Yazar: admin
XİN Las-Veqasdakı atışmada Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır



Las-Veqasdakı hadisələrdə ölən və yaralananlar sırasında Azərbaycan vətəndaşının olub-olmaması araşdırılır.

Bu barədə Modern.az-a XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
H.Hacıyev qeyd edib: "ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə başsağlığı veririk. Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır".

AİA.az
Geri dön