Ana Sayfa > Şou-biznes > “Facebook” istifadəçiləri üzdən tanıyacaq
“Facebook” istifadəçiləri üzdən tanıyacaq2-10-2017, 19:10. Yazar: admin |
"Facebook” sosial şəbəkəsinin tərtibatçıları üzün skan edilməsi yolu ilə akkaunta daxil olmaq imkanlarını sınaqdan keçirirlər Lent.az-ın Mirror.co.uk saytına istinadən məlumatına görə, şirkətin mətbuat xidmətində aparılan sınaqlar barədə məlumatları təsdiqləyiblər və bildiriblər ki, yeni funksiyanı yalnız akkaunta daxil olmaq üçün istifadə olunan cihazlarda istifadə etmək mümkün olacaq. Hazırda tərtibatçılar yeni funksiyanın hakerlər üçün nə dərəcədə əlçatan olduğunu yoxlayırlar. Analitiklər isə bu funksiyanın istifadəçilər arasında nə dərəcədə tələb olunan olduğunu öyrənirlər. Tərtibatçılar əmin edirlər ki, akkaunta üzün tanınması funksiyası ilə daxil olmağın bərpa edilməsi SMS bildirişlər və elektron ünvanlara məktubların göndərilməsi prosedurundan daha təhlükəsiz vasitədir. AİA.az Geri dön |