Ana Sayfa > İdman > Rəşad Sadıqov millidən gedir - AFFA təsdiqlədi

Rəşad Sadıqov millidən gedir - AFFA təsdiqlədi


2-10-2017, 17:37. Yazar: admin
Rəşad Sadıqov millidən gedir - AFFA təsdiqlədi


Futbol üzrə 2018-ci il dünya çempionatının Çexiya yığması ilə seçmə qrup oyunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov üçün vida matçı olacaq.

AİA.Az bildirir ki, bu barədə AFFA-nın saytına Sadıqovun özü açıqlama verib. O, Çexiya ilə matçın Azərbaycan millisi üçün cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: "Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam".

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib.

AİA.az
Geri dön