Ana Sayfa > Dünya / Karusel > Lalə Məmmədova: "Kənardan özümə baxa bilmirəm"

Lalə Məmmədova: "Kənardan özümə baxa bilmirəm"


2-10-2017, 17:32. Yazar: admin
Lalə Məmmədova: "Kənardan özümə baxa bilmirəm"



Əməkdar artist Lalə Məmmədova özünü tənqid edib.

AİA.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Lider maqazin"ə açıqlamasında bildirib ki, heç vaxt özünü səhnədə bəyənmir:

"Özümə qarşı çox tələbkaram. Ətrafdakılar deyir ki, etmə belə, ömrünün yarısı gedib. Mən hələ güzgü qabağında dayanıb məşq etməmişəm, oxumamışam. Özümü oxuyan kimi görmürəm. Son vaxtlar deyirlər qəşəng fotosessiya edirsən. Məni stilistlər tutub dartır ki, gəl, şəkil çəkdir.

Səhnədə yaratdığım obrazların çoxu ruhumda deyil. Allahın bir istedadır, mən onları oynayıram. Kənardan özümə baxa bilmirəm".

AİA.az
Geri dön