Ana Sayfa > Siyasət > Azərbaycan Əfqanıstana bir milyonluq hərbi yardım edib

Azərbaycan Əfqanıstana bir milyonluq hərbi yardım edib


2-10-2017, 16:09. Yazar: admin
Azərbaycan Əfqanıstana bir milyonluq hərbi yardım edib



Azərbaycanın indiyə qədər Əfqanıstana etdiyi hərbi yardımın miqdarı açıqlanıb.

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında bildirib ki, Azərbaycan Əfqanıstana bir molyon ABŞ dolları həcmində hərbi yardım edib: "Yardımlar bundan sonra da davam edəcək”.

Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişi, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma, "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair" Anlaşma, "Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannamə”si, "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" Saziş, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında" 16 sentyabr 1996-cı il tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında" Protokol sənədləri səsə qoyularaq ratifikasiya olunub.

AİA.az
Geri dön