Ana Sayfa > Siyasət > “Prezidentin apardığı siyasət bəzi qüvvələri narahat edir”
“Prezidentin apardığı siyasət bəzi qüvvələri narahat edir”2-10-2017, 15:54. Yazar: admin |
""Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməlidir. Bu məsələni bir neçə dəfə qalırdırmışam. Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir”. Bunu Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. "Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər. Onlar da maliyyənin mənbəyini göstərməlidirlər. Burada maliyyə hesabatlılığında şəffaflıq olmalıdır. Qeyri-hökumət təşkilatları da şəffaf maliyyə hesabatları təqdim etməlidir. Komitə sədri qeyd edib ki, cənab prezidentin apardığı müstəqil siyasət, Azərbaycanda olan ictimai-siyasi sabitlik, iqtidar-xalq birliyi bir sıra qüvvələri narahat edir. Bu qərəzçilik aradan qaldırılmalıdır: "Azərbaycan haqqında qeyri-obyektiv qərarlar qəbul etmək istəyirlər. Bu da ölkəmizin apardığı müstəqil siyasətə görədir. Azərbaycan Avropa Şurasının öhdəliklərini tam yerinə yetirir. Elə ölkələri var ki, 10 illərdir öhdəlikləri yerinə yetirmir: "Bu ölkələrlə bağlı tədbir görülmür. Yalnız Azərbaycan və Türkiyə ilə bağlı məsələni qaldırırlar. Bu da onu göstərir ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycana qarşı qarayaxma kampaniyası aparalanlar erməni lobbiləri tərəfindən maliyyələşirlər. Azərbaycanın öz dəyərləri var, məsələyə bu prizmadan yanaşmaq lazımdır. Göstəriş vermək lazım deyil”. AİA.az Geri dön |