Ana Sayfa > Karusel > Vüqar Qaradağlının milyonluq mülkləri - Siyahı
Vüqar Qaradağlının milyonluq mülkləri - Siyahı30-09-2017, 13:52. Yazar: admin |
ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının sahib olduğu varidatının siyahısı üzə çıxıb. Aia.az həmin siyahını Ölkə.az-a istinadən təqdim edir: Villalar və evlər: - Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi, ev 518. Üçmərtəbəli villa - Səbail rayonu, Əhməd Cavad küçəsi, ev 3, mənzil 5. “Neo MMC”dən 4 otaqlı mənzil - Yasamal rayonu Haqverdiyev küçəsi, məhəllə 574, ev 5, mənzil 28 - Yasamalda ATV-nin yaxınlığındakı yeni tikilmiş binada mənzil - Quba rayonunda üçmərtəbəli villa - Biləcəri qəsəbəsində yanaşı iki villa (Həmin tikililəri yerli sakinlər “ATV-nin villaları” adıyla tanıyır) - Amerikanın əhali sayına görə ən böyük hesab edilən şəhəri - Nyu Yorkda 2 otaqlı mənzil. Hazırda həmin mənzildə V.Qaradağlının bu ölkədə təhsil alan oğlu yaşayır. - Türkiyədə, Quş adası istirahət bölgəsində ev - Bodrumda mənzil - Antalyada ikiotaqlı mənzil - İstanbulda “Molos İstanbul” adlanan kompleksdə mənzil. Qeyd edək ki, bu kompleksdə ən ucuz mənzil 2 milyon dollardır. - Bayraq Meydanının yaxınlığında “Panorama” restoranı (qayını Rauf Dadaşovla şərik) Avtomobillər: - Ən son model 2 ədəd “Audi” markalı avtomobil. Audilərdən biri A5, digəri A6 model. Qeyd edək ki, “Audi”lərdən birini V.Qaradağlı özü, digərini həyat yoldaşı idarə edir. Və hər ikisinin dövlət nömrə nişanı 241-dir. - İki ədəd son model “Lexus” avtomobili. Bu avtomobillərdən biri hazırda ATV-dədir. - Bir ədəd “Nissan patrol”. Bu avtomobilin də qiyməti təxminən 300 min manatdır. - Mercedes S Class Qeyd edək ki, V.Qaradağlı bu posta təyin edilərkən ATV-yə “Rent a car”dan icarəyə götürdüyü köhnə model, qiyməti 9-10 min manata olan “Nissan Patfhinder” markalı avtomobillə gəlibmiş. Həmin avtomobil bir ay iyirmi gün V.Qaradağlının sərəncamında olub. aia.az Geri dön |