Ana Sayfa > Gündəm / Manşet > Prezidentlə xanımı təntənəli mərasimdə

Prezidentlə xanımı təntənəli mərasimdə


29-09-2017, 13:47. Yazar: Sevinc
Prezidentlə xanımı təntənəli mərasimdə




Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.

aia.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edirlər.

Yubiley mərasiminin iştirakçıları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyir.
Geri dön