Ana Sayfa > Gündəm / Təhsil > DİM sədri: 2019-cu ildə də qəbul zamanı 700 ballıq sistem saxlanılacaq
DİM sədri: 2019-cu ildə də qəbul zamanı 700 ballıq sistem saxlanılacaq28-09-2017, 17:04. Yazar: Sevinc |
2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanının birgə nəticəsi əsas götürülsə də, qəbul zamanı 700 ballıq sistem saxlanılacaq. AİA.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, 2019-cu ildə də abituriyentlərin qiymətləndirilməsi zamanı toplanacaq maksimal bal 700 bal olacaq: "Buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz. Hər ilin əvvəlində qəbul imtahanlarının vaxtı ilə bağlı elan verilir. 2 ildən sonra tətbiq ediləcək yeni imtahanların keçiriləcəyi vaxt da 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək". aia.az Geri dön |