Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Türkiyədə İŞİD əməliyyatı: 30 terrorçu yaxalandı

Türkiyədə İŞİD əməliyyatı: 30 terrorçu yaxalandı


27-10-2015, 11:53. Yazar: admin

Bu gün səhər saatlarında Türkiyənin Konya şəhərində polis İŞİD terror təşkilatına qarşı əməliyyat həyata keçirib. Lent.az Doğan xəbər agentliyinə istinadən bildirir ki, Konyanın mərkəzində və Çumra rayonunda əvvəlcədən müəyyənləşdirilən yerlərə edilən polis basqını zamanı 30 nəfər yaxalanıb.

Qeyd edək ki, oxşar əməliyyat dünən Diyarbəkirdə də həyata keçirilib. əməliyyat zamanı terrorçular polisə atəş açıb və 2 polis şəhid olub. Hadisə zamanı 7 terrorçu öldürülüb, 3 nəfər isə canlı ələ keçirilib.
Geri dön