Ana Sayfa > Gündəm / Parlament > Azərbaycanda dəhşətli qəza: ölən 7 nəfərdən 3-ü uşaqdı - ADLAR
Azərbaycanda dəhşətli qəza: ölən 7 nəfərdən 3-ü uşaqdı - ADLAR27-09-2017, 14:07. Yazar: admin |
Ötən gecə İsmayıllı rayonunda iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələri deformasiyaya uğrayıb. Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsindən APA-ya bildirilib ki, qəzada ölən 7 nəfərin meyiti tanınmaz hala düşüb. Onlardan 3-ün kimliyini hadisədən bir neçə saat sonra tam dəqiqləşdirmək mümkün olub. Məlumata görə, "Opel Zafir" markalı avtomobildə olan şəxslər - Şəki sakini, 1964-cü il təvəllüdlü Abbasov Rahim Sərkər oğlu, 1978-ci il təvəllüdlü Bayramov Ruzigar Məmməd oğlu, Qax sakinləri - 1977-ci il təvəllüdlü Kərimov Yaşar Kamal oğlu, 1998-ci il təvəllüdlü Kərimli Rufanə Yaşar qızı, eləcə də 3 yeniyetmə - Qax sakinləri, 2001-ci il təvəllüdlü Kərimzadə Turanə Yaşar qızı, 2003-cü il təvəllüdlü Bayramov Sahib Ruzigar oğlu və 2006-cı il təvəllüdlü Bayramov Cavid Ruzigar oğlu aldıqları xəsarətdən hadisə yerində ölüb. "Opel Zafira"ya baxış zamanı oradan başqa 3 uşağın - Alim Süleymanlı, Orxan Süleymanlı və Ayxan Süleymanlının məktəbli çantası tapıldığı üçün hadisə yerində işləyən aidiyyəti qurumların nümayəndələri ilkin ehtimal kimi həmin uşaqların öldüyü qənaətinə gəliblər. Tanınmaz hala düşmüş meyitlərin müayinəsi və onların yaxınlarının müraciəti əsasında uşaqların şəxsiyyəti daha sonra tam dəqiqləşdirilib. "Toyota Prado" nun sürücüsü olan və ağır xəsarətlər alan Böyük Britaniya vətəndaşının da adı məlum olub. Vilyam Henri adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Qəbələ Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır. aia..az Geri dön |