Ana Sayfa > Cəmiyyət > FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb

FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb


27-09-2017, 10:13. Yazar: admin
FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yayıb


İsmayıllı rayonunda "Toyota” və "Opel” markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AİA.az-a verilən məlumata görə, nəticədə "Opel” markalı avtomobilin sürücüsü və 6 nəfər sərnişini hadisə yerində ölmüş, digər avtomobildə olan 3 nəfər xəsarət alıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəsədləri və xəsarət alanları deformasiyaya uğramış avtomobildən çıxarmış və aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

AİA.az
Geri dön