Ana Sayfa > Parlament / Manşet / Karusel > Eldar Mahmudovun yaxın qohumuna cinayət işi açıldı
Eldar Mahmudovun yaxın qohumuna cinayət işi açıldı27-10-2015, 11:40. Yazar: admin |
O, Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham olunur Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işdən azad olunması ilə bağlı xəbər vermişdik. Aia.az -ın Trend-ə istinadən xəbərinə görə, keçmiş nazirin yaxın qohumu B.Hüseynov barəsində Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi açılıb. Sabiq İB rəhbəri barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb. Xatırladaq ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynov Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun əmri ilə işdən azad olunub. Geri dön |