Ana Sayfa > Dünya / Aia TV > “Yerində atılmış addımdır...” - ATV açıqlaması

“Yerində atılmış addımdır...” - ATV açıqlaması


26-09-2017, 22:04. Yazar: admin
“Yerində atılmış addımdır...” - ATV açıqlaması







“ATV kanalı rəhbərliyində baş verən dəyişiklik bizim yox, təsisçilərin verdiyi qərardır. Bundan sonra ATV-nin necə fəaliyyət göstərəcəyini yeni rəhbərlik müəyyən edəcək. Bizim işimiz isə ölkənin televiziya mühitini təhlil etmək və verilişlərlə bağlı rəylərimizi verməkdir”

Bu sözləri Aia.az-a açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib.

Onun sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib:

“Bizim üçün əsas məsələ telekanallarda Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir”.

N. Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb:

“Bu verilişlərin bağlanması yerində atılmış addımdır”.

MTRŞ sədri həmçinin qeyd edib ki, televiziyaların monitorinqi qurumun gündəlik işidir və bu nəzarət bütün telekanallara bərabər səviyyədə aparılır.

aia.az
Geri dön