Ana Sayfa > Dünya / Karusel > Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı
Məhərrəmlikdə oğluna toy edən Manaf Ağayevin yalanı üzə çıxdı25-09-2017, 19:44. Yazar: admin |
Müğənni Manaf Ağayev Məhərrəm ayının ilk günündə oğluna toy edib. Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilşində toydan danışıb. O qeyd edib ki, toy saat 7-8-dən sonra daha da qızışıb: “Sizin çəkiliş qrupunuz toya tez gəlmişdi. Toy 7-8-dən sonra daha da qızışdı”. Bu məqamda qeyd etmək yerinə düşər ki, Məhərrəm ayının ilk günündə oğluna toy edən Manaf Ağayev bir neçə gün öncə mediaya açıqlamasında demişdi: “Məhərrəm ayı hələ başlamayıb. Biz saat 2-də başlayıb axşam 6-7 yə məclisi bitirəcəyik. Məhərrəmlik axşam girir”. Göründüyü kimi, müğənni öz dediklərini özü təkzib edib və bildirib ki, toy axşam saatlarına qədər davam edib. aia.az Geri dön |