Ana Sayfa > Media / Karusel > Rusiya-Azərbaycan sərhədində avtomobil körpüsü tikiləcək
Rusiya-Azərbaycan sərhədində avtomobil körpüsü tikiləcək20-09-2017, 21:51. Yazar: admin |
Rusiyanın Dövlət Ekspertiza Baş İdarəsi ölkənin Azərbaycanla sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikinti layihəsinə müsbət rəy verib. Aia.Az Trend-ə istinadən bildirir ki, yeni transsərhəd avtomobil körpüsü hazırda fəaliyyət göstərən körpüdən 60 metr məsafədə tikiləcək. Layihəyə əsasən, 1957-ci ildə tikilmiş körpü və ətraf infrastruktur da rekonstruksiya ediləcək. Körpünün uzunluğu 325,3, eni 17,3 metr təşkil edəcək. Körpünün seysmik davamlılığı 9 bala bərabər olacaq. aia.az Geri dön |