Ana Sayfa > İqtisadiyyat / Karusel > Tələbələrə ŞAD XƏBƏR - Təhsil kreditləri faizsiz oldu

Tələbələrə ŞAD XƏBƏR - Təhsil kreditləri faizsiz oldu


15-09-2017, 20:18. Yazar: admin
Tələbələrə ŞAD XƏBƏR - Təhsil kreditləri faizsiz oldu








"Maarifçi" Tələbə Kredit Fondunun aztəminatlı ailələrdən olan tələbələrə verdiyi təhsil haqqı üzrə kreditlər faizsiz olub.

Aia.Az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, belə kredit almaq istəyənlər üçün müraciətlərin qəbuluna başlanılıb. Krediti almaq istəyənlər oktyabrın 13-dək müraciət edə bilərlər.

Bu sayca 4-cü elan sessiyası olacaq. Budəfəki elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2017-2018-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub.

Kreditin alınması şərtləri və tələbələrin seçim meyarları bu elan sessiyasında da dəyişməz olaraq qalıb. Təşəbbüsün ən üstün cəhəti isə faizsiz kreditin köhnə təhsil krediti müqavilələrinə də şamil olunmasındadır.

"Maarifçi" Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 3 elan sessiyası keçirib. Bu müddət ərzində fonda daxil olan 212 elektron müraciət əsasında universitetlər tərəfindən təqdim edilən yerlərin sayına əsasən seçim meyarlarına uyğun gələn 118 tələbə ilə ümumilikdə 135 təhsil krediti müqaviləsi imzalanıb.

aia.az
Geri dön