Ana Sayfa > Şou-biznes / Karusel > iPhone 8 və 8 Plus təqdim olundu - FOTO

iPhone 8 və 8 Plus təqdim olundu - FOTO


12-09-2017, 22:29. Yazar: admin
iPhone 8 və 8 Plus təqdim olundu - FOTO








ABŞ-ın Apple korporasiyası "Apple Park" mənzil-qərargahındakı "Steve Jobs Theater"da yeni məhsullarının təqdimat mərasimini keçirib.

Aia.Az bildirir ki, Apple-in baş direktoru Tim Kuk iPhone 8 və 8 Plus telefonlarını təqdim edib.

Bu modellər ötənilki iPhone 7-dən zahirən o qədər də fərqlənmirlər. Sadəcə, yeni modellərin arxa qapağı şüşədəndir.

Qacetlər qara, gümüşü və çəhrayı rəngdə satışa çıxarılacaqlar.

Yeni iPhone modelləri 6 nüvəli A11Bionic prosessoru ilə təchiz olunub və bu səbəbdən əvvəlki modeldən 70 faiz daha sürətlidir.

Smartfonların kameraları 12 meqapiksellikdir.

aia.az
Geri dön