Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Lisenziya almaq “ASAN“laşdı - Ünvanlar
Lisenziya almaq “ASAN“laşdı - Ünvanlar26-10-2015, 15:53. Yazar: admin |
Azərbaycanda lisenziya almaq artıq asanlaşacaq Lisenziyaların verilməsi ilə bağlı sualları İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov cavablandırır. - Hazırda lisenziyalarla bağlı hansı işlər görülür? - Dövlət başçısının 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırığa uyğun olaraq, hazırda lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi və dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin müəyyən olunması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən təkliflər hazırlanır. Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyə əsasən lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləməyi tövsiyə edirik. - Yeni siyahı və qaydalar təsdiq olunanadək lisenziyaların verilməsi prosesi necə həyata keçiriləcək? - Hazırda həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, "ASAN xidmət" mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir. Bu ilin 2 noyabr tarixindən etibarən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanılacaq. Növbəti mərhələdə isə qısa müddət ərzində yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların (ilk dəfə) verilməsi ilə bağlı müraciətlərin qəbuluna start verilməsi nəzərdə tutulur. Lisenziyalar "ASAN xidmət" mərkəzləri vasitəsilə aşağıdakı ünvanlarda veriləcək: - Bakı şəhəri üzrə 5 saylı "ASAN xidmət" mərkəzi (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115); - Regionlarda mövcud olan "ASAN xidmət" mərkəzləri: ASAN xidmətin regional mərkəzlərinin rekvizitləri ASAN-nın xidmət göstərdiyi rayonlar ASAN-da xidmət göstərəcək İSN əməkdaşı 1. Sumqayıt “ASAN xidmət” mərkəzi Sumqayıt şəhəri, Bakı küçəsi, 15-ci məhəllə 42d (012) 444 74 88 (018) 65 43 120 Çağrı Mərkəzi: 108 Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Qubadlı rayonları Hüseynov Elnur (055) 510 51 52 [email protected] Dövlətov Əli (055) 279 49 89 [email protected] Mahmudov Nihad (055) 221 02 12 [email protected] 2. Bərdə “ASAN xidmət” mərkəzi Bərdə, Heydər Əliyev prospekti 100 (012) 444 74 88 Çağrı Mərkəzi: 108 Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax, Füzuli və Tərtər rayonları Salmanzadə İlham (050) 766 37 22 [email protected] Hüseynov Sənan (055) 227 08 54 [email protected] Orucov Fərid (055) 227 06 94 [email protected] 3. Sabirabad “ASAN xidmət” mərkəzi Sabirabad, Heydər Əliyev prospekti 128 (012) 444 74 88 Çağrı Mərkəzi: 108 Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Neftçala, Biləsuvar, Hacıqabul, Şirvan, Salyan, Beyləqan, Xocavənd və Füzuli rayonları Nəbiyev Bəhram (055) 333 95 34 [email protected] Oruclu Elçin (055) 600 88 09 [email protected] Məmmədov Vüsal (055) 227 06 25 [email protected] 4. Gəncə “ASAN xidmət” mərkəzi Gəncə, Heydər Əliyev prospekti 87a (012) 444 74 88 (022) 265-08-96 Çağrı Mərkəzi: 108 Gəncə və Naftalan şəhərləri, Şəmkir, Goranboy, Göygöl, Gədəbəy, Xocalı, Samux, Daşkəsən, Tovuz, Ağstafa, Qazax və Kəlbəcər rayonları Şükürov Ceyhun (050) 264 10 06 [email protected] Seyidzadə Sərxan (055) 227 05 54 [email protected] İsayev Şəhriyar (055) 727 74 44 [email protected] - "ASAN xidmət" mərkəzləri olmayan rayonlarda lisenziyaların verilməsi prosesi müvəqqəti olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin yerli regional bölmələri vasitəsi ilə həyata keçiriləcək. Sıra № -si İSN-nin Regional bölmələrinin rekvizitləri Regional bölmələrin xidmət göstərdiyi rayonlar Regional bölmələrdə xidmət göstərəcək əməkdaşlar 1. Dağlıq Şirvan regional bölməsi Şamaxı şəhəri, H.Əliyev küç 23 (02026) 5-17-87 Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonları Səlimov Ceyhun (055) 767 07 56 [email protected] Yaqubov Xalid (055) 597 37 84 [email protected] 2. Aran regional bölməsi Yevlax şəhəri, H.Əliyev pr-ti 34 (02233) 6-73-10 Ağdaş, Cəbrayıl, Göyçay, Ucar və Zərdab rayonları, Mingəçevir şəhəri Nağıyev Tural (070) 398 84 56 tural.nagiyev@ economy.gov.az Məmmədov Sani (055) 765 04 55 [email protected] 3. Şəki-Zaqatala regional bölməsi Şəki şəhəri, 20 Yanvar küç 8 (Şəki Şəhər İH-nin inzibati binası) (02424) 4 27 11 Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonları Babayev Samir (055) 227 09 28 [email protected] Eminov Aqşin (055) 550-50-19 [email protected] 4. Lənkəran regional bölməsi Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3 (02525) 5 10 71 Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonları, Lənkəran şəhəri Cəfərov Yusif (050) 416 15 13 (055) 227 08 74 [email protected] Hüseynov Cəsarət (050) 548 80 09 [email protected] Qeyd: Qaçqın və məcburi köçkün olan sahibkarlar fəaliyyət göstərdikləri ərazi üzrə "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. (trend) Geri dön |