Ana Sayfa > Karusel > Almaniyada reyslər təxirə salındı - Pilotlar xəstələnib

Almaniyada reyslər təxirə salındı - Pilotlar xəstələnib


12-09-2017, 13:28. Yazar: admin
Almaniyada reyslər təxirə salındı - Pilotlar xəstələnib











Almaniyanın "AirBerlin" aviaşirkəti tərəfindən reyslər təxirə salınıb.

Aia.Az Trend-ə istinadən xəbər verir ki, aviaşirkətdən bildirilib ki, reyslər çox sayda pilotun xəstələnməsi ilə əlaqədar təxirə salınıb.

Şirkət sərnişinlərə hava limanına gəlməzdən əvvəl reys barədə məlumatı dəqiqləşdirməyi tövsiyə edib.

Bundan başqa, aviaşirkət təxirə salınan reyslərin sərnişinləri üçün alternativ variantlar təşkil etməyə çalışır.

Qeyd edək ki, bir sıra yerli mətbuat orqanları isə pilotların bu addımını tətil kimi qiymətləndirir.

aia.az
Geri dön