Ana Sayfa > Manşet > Prezident İlham Əliyev Lapşini əfv etdi

Prezident İlham Əliyev Lapşini əfv etdi


11-09-2017, 22:36. Yazar: admin
Prezident İlham Əliyev Lapşini əfv etdi








Prezident İlham Əliyev A.V.Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.

Aia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

I. 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

aia.az
Geri dön